"Beşiktaş" Sərgən Yalçının yerinə axtardığını İtaliyada tapdı - RƏSMİ

"Beşiktaş" Sərgən Yalçının yerinə axtardığını İtaliyada tapdı - RƏSMİ

Türkiyənin "Beşiktaş" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, istefaya göndərilən Sərgən Yalçının yerinə Vinçenso İtaliano gətirilib.

49 yaşlı italiyalı mütəxəssis müqaviləni rəsmiləşdirmək üçün İstanbula səfər edib. Anlaşmanın detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, İtaliano başa çatan mövsümdə "Bolonya"nı 56 xalla A seriyasında 8-ci edib.

"Qara qartallar" isə 60 xalla mövsümü 4-cü sırada başa vuraraq avrokuboklarda iştirak hüququ qazanıb.