Fernando Muslera milli komanda karyerasını bərpa etdi - RƏSMİ
Milli karyerasını 2024-cü ildə başa vurmuş Uruqvay yığmasının sabiq qapıçısı Fernando Muslera yığmaya qayıdıb.
"Mediasport" xəbər verir ki, "Qalatasaray"ın əfsanələrindən olmuş qolkiper bu ay baş tutacaq yoxlama oyunları üçün heyətə dəvət edilib.
Karyerasını Argentinanın "Estudiantes" klubunda davam etdirən 39 yaşlı Muslera martın 27-də İngiltərə, 31-də isə Əlcəzair seçmələri ilə keçiriləcək yoldaşlıq görüşlərində meydana çıxa bilər.
Xatırladaq ki, millidə 2009-cu ildə debüt etmiş Muslera 133 oyun keçirib.
O, 4 dəfə (2010, 2014, 2018, 2022) dünya çempionatının final mərhələlərində iştirak edib.
