Portuqaliya dünya çempionu oldu
Qətərin ev sahibliyi etdiyi FİFA U-17 dünya çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, gənclərin mundialının qalibi Portuqaliya millisi olub.
Binonun baş məşqçisi olduğu pireneylilər Əl Rayyanda baş tutan finalda Avstriya futbolçularını məğlub ediblər - 1:0. Yeganə qolu 32-ci dəqiqədə Anisio Kabral vurub.
Bürünc medalları isə İtaliya yığması qazanıb.
Apenninlilər 90 dəqiqəsi 0:0 hesabı ilə başa çatan matçda Braziliya gənclərini penaltilər seriyasında üstələyiblər - 4:2.
