Bölgə klubunda yeni baş məşqçi

Bölgə klubunda yeni baş məşqçi

Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Mingəçevir"in baş məşqçisi müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Ramiz Məmmədovdan bo qalan posta Elman Sultanov gətirilib.

52 yaşlı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonunadək müddəti əhatə edəcək müqavilə imzalanıb.

O, daha əvvəl "Bakılı", "Səbail", "Baku Sportinq" və "Quba" klublarında çalışıb.

Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək və mingəçevirlilərin rəqibi "Zaqatala" olacaq.