"Bolonya"nın yarım əsrlik kubok həsrəti başa çatdı - VİDEO

"Bolonya"nın yarım əsrlik kubok həsrəti başa çatdı - VİDEO

Futbol üzrə İtaliya Kubokunun qalibi məlum olub.

"Mediasport" xəbər verir ki, final matçında "Milan" və "Bolonya" üz-üzə gəliblər.

İkincilər "rossonerilər" üzərində minimal hesablı qələbəyə seviniblər - 1:0.

Beləliklə, "Bolonya" 51 ildən sonra tarixində 3-cü dəfə İtaliya Kubokunu qazanıb.

Son belə nailiyyət 1973/1974-cü illər mövsümündə qeydə alınmışdı.