Seçilmiş cüdoçuların beynəlxalq təlim-məşq toplanışı başlandı
Gürcüstanın Qori şəhərində ölkənin müxtəlif regionlarından seçilmiş cüdoçuların iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı start götürüb.
"Mediasport" xəbər verir ki, iyulun 7-dən 13-dək davam edəcək hazırlıq prosesinə 40 cüdoçu qatılıb.
Toplanışın əsas məqsədi region idmançılarının texniki və taktiki hazırlığını təkmilləşdirmək, həmçinin fiziki hazırlıq səviyyəsini yüksəltməkdir.
Təlimlər beynəlxalq məşq mühitində keçirilir və idmançılar üçün təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradır.
Beynəlxalq təlim-məşq toplanışında Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Belçika və Xorvatiyadan olan cüdoçular da iştirak edirlər.


