Cüdo millimiz daha 3 qızıl medal qazandı - Avropa çempionatı

Azərbaycanın veteran cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında daha 4 medal qazanıblar.
"Mediasport" xəbər verir ki, komandamız ikinci yarış günündə aktivinə 3 qızıl və 1 bürünc mükafat yazdırıb.
M-4 yaş kateqoriyasında Babək Hacıyev (60 kq), Vaqif Kərimov (73 kq) və Emil Hüseynov (100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar.
M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (81 kq) üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, 90 kq) də qızıl medala sahib çıxıb.
Hazırda yığma 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.