Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

 Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları davam edir.

"Mediasport" xəbər verir ki, bu gün yarışda 8 idman növü üzrə mübarizə olacaq.

Şəkidə çövkən üzrə komandaların mübarizəsində bürünc medalçı müəyyənləşəcək.  3-cü yer uğrunda matçda Qazaxıstan və Qırğızıstan yğmaları üz-üzə gələcəklər.

Şəkidə həmçinin, bədii gimnastika üzrə yarışlara start veriləcək.

Gəncədə voleybol mübarizəsinə yekun vurulacaq. İdman Sarayında baş tutan yarışın sonuncu günündə mükafatçılar müəyyənləşəcək.

"Nizami yurdu"nda həmçinin, qılıncoynatma görüşləri keçiriləcək, güllə atıclığı, 3x3 basketbol üzrə yarışın mükafatçıları bəlli olacaq.

Mingəçevirdə isə avarçəkmənin kayak və kanoe üzrə final yarışları keçiriləcək.

Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.

Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.

Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.