Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Gəncədə III MDB Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarının açılış mərasimi bu gün baş tutacaq. 

"Mediasport" xəbər verir ki, yeni istifadəyə verilmiş Gəncə şəhər stadionunda baş tutacaq tədbir saat 19:00-da start götürəcək.

Açılış mərasimində Azərbaycan bayraqdarları karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olacaqlar.

Xatırladaq ki, turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

Oktyabrın 8-də Oyunların bağlanış mərasimi də Gəncədə təşkil olunacaq.