AVF rəsmisi Türkiyə klubunun avrokubok görüşündə işləyəcək

Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişmana növbəti dəfə təyinat verib.
"Mediasprot" xəbər verir ki, o, qadınlar arasında CEV kubokunun yarımfinal mərhələsinin matçında iş başında olacaq.
Frişman Türkiyənin “İstanbul” və İtaliyanın “İqor Qorqonzola Novara” komandalarının cavab qarşılaşmasında hakimlərin işinə qiymət verəcək.
Görüş bu axşam İstanbulda baş tutacaq.
Komandalar arasında ilk dueldə italyanlar 3:0 hesablı qələbə qazanıblar.