Nepal FİFA-dan qovuldu - RƏSMİ

Nepal FİFA-dan qovuldu - RƏSMİ

FİFA Ümumnepal Futbol Assosiasiyası (ANFA) barədə sərt qərar çıxarıb.

"Mediasport" xəbər verir ki, dünya futbol təşkilatının İcraiyyə Komitəsinin rəyinə əsasən, bu ölkənin FİFA-ya üzvlüyü dayandırılıb.

Qərar Milli İdman Şurasının (MİŞ) ANFA-nın nizamnamə tələblərini pozmasına, assosiasiyanın seçki prosesinə dair həllini tapmamış mübahisəyə və seçkilərə kənar tərəflərin müdaxiləsinə əsaslanır.

Beləliklə, Nepal milli komandaları və klubları növbəti bildirişə kimi FİFA-nın bayrağı altında keçirilən heç bir yarışa buraxılmayacaqlar.