"Çelsi" finalda PSJ-ni darmadağın edərək dünya çempionu oldu!

İyunun 14-də start götürən futbol üzrə klublararası dünya çempionatına yekun vurulub.
"Mediasport" xəbər verir ki, tarixdə ilk dəfə 32 komandanın iştirakı ilə keçirilən mundialın finalında Avropa dueli baş tutub.
ABŞ-nin ev sahibliyi etdiyi yarışın qızıl medalları uğrunda dueldə "Çelsi" və PSJ kollektivləri qarşılaşıblar.
İngilislər gözlənilmədən fransızları darmadağın ediblər.
Bu, London təmsilçisinin tarixində ikinci çempionluğu olub. "Zadəganlar" 2022-ci ildə BƏƏ-də keçirilmiş turnirdə də dünya çempionu adını qazanmışdılar.
Klublararası dünya çempionatı. Final
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) 3:0
Baş hakim: Əlirza Fəqani (İran)
Nyu Cersi, "Metlayf" stadionu.