Almaniya Superkubokunun qalibi müəyyənləşdi - VİDEO

Son çempion "Bayern" ölkə kubokunun qalibi "Ştuttqart"la Almaniya Superkubokunun final matçında üz-üzə gəliblər.
"Mediasport" xəbər verir ki, Münhen təmsilçisi Harri Keyn və Luis Diasın qolları ilə 2:1 hesablı qələbə qazanıb.
"Bayern" tarixində 11-ci dəfə Superkuboka yiyələnib. "Ştuttqart" isə bu turnirdə keçirdiyi 3-cü finalda 2-ci məğlubiyyətini yaşayıb.
Bundesliqanın ilk turunda "Bayern" avqustun 22-də evdə "Leypsiq"lə, "Ştutqart" avqustun 23-də səfərdə "Union"la (Berlin) qarşılaşacaq.