Bu ölkələr avrokuboklarda heç bir klubla təmsil edilməyəcək - RƏSMİ

2025-26 mövsümündə UEFA-nın bayrağı altında keçirilən 3 turnirdə (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) heç bir təmsilçisi qalmayan ölkələrin adları müəyyənləşib.
"Mediasport" xəbər verir ki, bu ölkələr Moldova, Farer adaları, Lixtenşteyn, Estoniya, Litva, Andorra, Monteneqro, Gürcüstan və Uelsdir.
Xatırladaq ki, Çempionlar Liqasında pley-offun ilk oyunları 19-20, cavab matçları 26-27 avqustda, Avropa Liqası və Konfrans Liqasında isə ilk oyunlar avqustun 21-də, cavab qarşılaşmaları isə avqustun 28-də keçiriləcək.