2-ci Bundesliqa klubu bölgə təmsilçisinin futbolçusunu istəyir

2-ci Bundesliqa klubu bölgə təmsilçisinin futbolçusunu istəyir

"Şamaxı"nın futbolçusu Rüfət Abbasov karyerasını Almaniyada davam etdirə bilər.

"Mediasport" xəbər verir ki, 20 yaşlı istedadlı müdafiəçi ilə 2-ci Bundesliqa klubu maraqlanır.

Adı hələlik açıqlanmayan Almaniya təmsilçisinin bugünlərdə bölgə klubuna rəsmi təklif göndərəcəyi deyilir.

Qeyd edək ki, "şirlər"lə gələn ilin yayına qədər müqaviləsi olan sol cinah futbolçusu cari mövsüm 27 oyunda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rüfət Abbasov "Neftçi"nin yetirməsidir.