Burak Yılmaz Super Liqa klubunun baş məşqçisi təyin edildi

Burak Yılmaz Super Liqa klubunun baş məşqçisi təyin edildi

Türkiyə milli komandasının sabiq futbolçusu Burak Yılmazın yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, gənc mütəxəssis Super Liqada işləyəcək.

O, “Qaziantep”in baş məşqçisi təyin edilib.

Burak şəhərin eyniadlı təmsilçisi ilə bir mövsümlük müqavilə bağlayıb.

Son olaraq “Kasımpaşa”nı çalışdırmış məşqçi dünən istefaya göndərilmiş İsmət Daşdəmiri əvəz edəcək.

Xatırladaq ki, "Qaziantep" yeni mövsüm geridə qalan iki turun görüşlərində xal qazana bilməyib.