Roberto Mançini yenidən İtaliya yığmasının baş məşqçisi oldu
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, yığmanı yenidən Roberto Mançini çalışdıracaq.
Bu barədə məlumatı insayder Fabritsio Romano paylaşıb.
Qeyd edib ki, 62 yaşlı mütəxəssisin təyinatı tezliklə açıqlanacaq.
Qeyd edək ki, Roberto Mançini 2018-2023-cü illərdə də İtaliya milli komandasının baş məşqçisi olub. O, "skuadra azzura"ya 2021-ci ildə Avropa çempionluğunu qazandırıb.


