Portuqaliya Özbəkistanla qarşılaşır, İngiltərə oyunçuları Qana ilə üz-üzə

Portuqaliya Özbəkistanla qarşılaşır, İngiltərə oyunçuları Qana ilə üz-üzə

Futbol üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu axşam daha 1 qarşılaşma keçiriləcək.

İlk tur Konqo Demokratik Respublikası ilə oyunda gözlənilmədən xal itirən Portuqaliya millisi (1:1) Özbəkistan yığması ilə üz-üzə gələcək.

Digər oyunlar gecə yarısı və səhər saatlarında baş tutacaq.

Mundialın favoritlərindən İngiltərə Qana ilə qarşılaşacaq.

"Turan Tovuz"un futbolçusu Roderik Millerin də heyətində yer aldığı Panama futbolçuları Xorvatiya ilə mübarizə aparacaq.

Kolumbiya kollektivinin rəqibi isə Konqo Demokratik Respublikası olacaq.

DÇ-2026. 2-ci tur

K qrupu

21:00 Portuqaliya - Özbəkistan

L qrupu

00:00 İngiltərə - Qana

03:00 Panama - Xorvatiya

K qrupu

06:00 Kolumbiya - Konqo