Coşqun Əliyev Azərbaycana medal qazandıran ilk idmançı oldu

Coşqun Əliyev Azərbaycana medal qazandıran ilk idmançı oldu

Yaponiyada keçirilən XXV Yay Deflimpiya Oyunlarında iştirak edən Azərbaycan idman tarixində ilk dəfə olaraq medal qazanıb.

"Mediasport" xəbər verir ki, ölkəmizə gümüş əyarlı ilk medalı cüdo yarışlarında Coşqun Əliyev (60 kq) qazandırıb.

O, 1/8 finalda cənubi koreyalı Çoy Yunho, 1/4 finalda xorvatiyalı Tonzetiç Yosip, yarımfinalda isə niderlandlı Vesterof Albert Gerhardua Hendrikə qalib gələrək finala yüksəlib.

Həlledici mərhələdə braziliyalı Dantas Pedroya məğlub olan Coşqun Azərbaycan tarixinə ilk dəfə Deflimpiya Oyunlarında gümüş medal qazanan idmançı kimi düşüb.