Cüdo məşqçiliyi üzrə sertifikat proqramı başlandı - FOTOLAR

Bu gün Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib.
"Mediasport" xəbər verir ki, bu proqrama Azərbaycanla yanaşı, Gürcüstan və Özbəskitandan ümumilikdə 48 məşqçi qatılıb.
Proqram çərçivəsində təşkil olunan seminarlar BCF Akademiyasının ekspertləri tərəfindən keçirilir.
Təlimləri uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim olunacaq.