İlk yarış günü millimiz üçün uğursuz alındı - "Böyük Dəbilqə"
Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.
"Mediasport" xəbər verir ki, yarışın ilk günü Azərbaycan təmsilçiləri üçün uğursuz keçib.
Medal qazanmaq şansı yaranan Nizami İmranov (66 kq) üçüncü yer uğrunda görüşdə rusiyalı German Kobetsə məğlub olub.
Murad Muradlı (60 kq) və İslam Rəhimov (66 kq) isə mübarizəni erkən başa vurub.
Xatırladaq ki, komandamız mayın 3-də başa çatacaq turnirə 6 cüdoçu ilə yollanıb.
Heyətdə Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov da yer alıb.
