UFC-də növbəti azərbaycanlı

UFC-də növbəti azərbaycanlı

Dünyanın ən nüfuzlu MMA təşkilatı olan UFC-də (Ultimate Fighting Championship - Mütləq Döyüş Çempionatı) daha bir azərbaycanlı idmançımız yarışacaq.

"Mediasport" xəbər verir ki, Azərbaycanın qarışıq döyüş növləri ustası Fərman Həsənov şirkətlə müqavilə imzalayıb.

İdmançımızın dünyanın ən böyük oktaqonunda ilk çıxışının məhz iyunda Bakıda təşkil olunacaq növbəti UFC turnirində baş tutacağı gözlənilir.

Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında reallaşacaq.

Daha əvvəl turnirdə Azərbaycanı Nazim Sadıxov, Rafael Fiziyev və Tofiq Musayev təmsil edirdi.