Bölgə klubu ev matçlarını yenidən Şamaxı stadionunda keçirəcək
Futbol üzrə Azərbaycan 1-ci liqasında mübarizə aparan “Şimal”ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.
"Mediasport" xəbər verir ki, Xaçmaz klubu qarşıdakı mövsümdə də rəqiblərini Şamaxıda qəbul edəcək.
Şimallılar Şamaxı Olimpiya Mərkəzinin arenasından yararlanacaqlar.
Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu 1-ci liqa matçları üçün əlverişsizdir.


