Zamiq Əliyev Avroliqada pley-offa darmadağınla vəsiqə aldı - VİDEO
Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi Albaniyanın “Eqnatiya” klubu UEFA Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, Roqojine təmsilçisi 3-cü təsnifatın cavab oyununda İrlandiyanın “Şemrok" klubunu darmadağın edərək revanş alıb - 5:1.
Zamiq meydana 46-cı dəqiqədə çıxıb.
"Eqnatiya" pley-offda Norveçin "Lilleström" kollektivi ilə qarşılaşacaq.


