Millimiz UEFA İnkişaf Turnirinin ilk oyununda Monteneqroya uduzdu
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ilk oyununa çıxıb.
"Mediasport" xəbər verir ki, yığmamız Monteneqrodan olan həmyaşıdları ilə qarşılaşıb.
Moldova Futbol Federasiyasının Kişineuda yerləşən Texniki Mərkəzində keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
U-15 turnirdə ikinci matçını noyabrın 20-də Bolqarıstan yığmasına qarşı keçirəcək.
