Türkiyə millisinin DÇ-2026 üçün ilkin heyəti açıqlandı - SİYAHI

Türkiyə millisinin DÇ-2026 üçün ilkin heyəti açıqlandı - SİYAHI

Futbol üzrə Türkiyə milli komandasının 2026-cı il dünya çempionatı üçün genişləndirilmiş heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Vinçenso Montella hələlik 35 oyunçuya dəvət göndərib.

Tarixdə ilk dəfə 3 ölkədə keçiriləcək mundial ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

"Ay-ulduzlular" D qrupunda ABŞ, Avstraliya və Paraqvay yığmaları ilə mübarizə aparacaq.

Dördilliyin zirvə yarışı 11 iyun-19 iyul tarixlərində baş tutacaq.

Qapıçılar: Altay Bayındır (“Mançester Yunayted”, İngiltərə), Ersin Destanoğlu (“Beşiktaş”), Mert Günok (“Fənərbaxça”), Muhammed Şengezer (“Başakşehir”), Uğurcan Çakır (“Qalatasaray”);

Müdafiəçilər: Abdülkerim Bardakçı (“Qalatasaray”), Ahmetcan Kaplan (NEK, Niderland), Çağlar Söyüncü (“Fənərbaxça”), Eren Elmalı (“Qalatasaray”), Ferdi Kadıoğlu (“Brayton”, İngiltərə), Merih Demiral (“Əl Əhli”, Səudiyyə Ərəbistanı), Mert Müldür (“Fənərbaxça”), Mustafa Eskihellaç (“Trabzonspor”), Ozan Kabak (“Hoffenhaym”, Almaniya), Samet Akaydın (“Rizespor”), Yusuf Akçiçek (“Əl Hilal”, Səudiyyə Ərəbistanı), Zeki Çelik (“Roma”, İtaliya);

Yarımmüdafiəçilər: Atakan Karazor (“Ştuttqart”, Almaniya), Demir Ege Tıknaz (“Braqa”, Portuqaliya), Hakan Çalhanoğlu (“İnter”, İtaliya), İsmayıl Yüksek (“Fənərbaxça”), Kaan Ayhan (“Qalatasaray”), Orkun Kökçü (“Beşiktaş”), Salih Özcan (“Borussiya” Dortmund, Almaniya);

Hücumçular: Aral Şimşir (“Midtyulland”, Danimarka), Arda Güler (“Real” Madrid, İspaniya), Barış Alper Yılmaz (“Qalatasaray”), Can Uzun (“Ayntraxt” Frankfurt, Almaniya), Deniz Gül (“Portu”, Portuqaliya), İrfan Can Kahveci (“Kasımpaşa”), Kenan Yıldız (“Yuventus”, İtaliya), Kerem Aktürkoğlu (“Fənərbaxça”), Oğuz Aydın (“Fənərbaxça”), Yunus Akgün (“Qalatasaray”), Yusuf Sarı (“Başakşehir”).