DÇ-2026: Millimizin Ukrayna ilə matçının yeri və saatı açıqlandı

Futbol üzrə Azərbaycanın A milli komandasının DÇ-2026-nın seçmə qrup mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlanma saatı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, D qrupunun 2-ci turu çərçivəsində baş tutacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Sentyabrın 9-da keçiriləcək matç saat 20:00-da başlanacaq.
Yığmamız bundan 4 gün əvvəl İslandiyada yerli kollektivlə qarşılaşacaq.
Xatırladaq ki, dörd komandalı qrupda digər rəqibimiz Fransa futbolçuları olacaqlar.