40 yaşlı Manuel Noyer 5-ci dəfə dünya çempionatına yollanacaq
Almaniya millisinin DÇ-2026 üçün 26 nəfərlik yekun heyəti açıqlanıb.
Yulian Nagelsmannın baş məşqçisi olduğu komanda E qrupunda Kürasao, Ekvador və Fil Dişi Sahili ilə üz-üzə gələcək.
40 yaşlı qapıçı Manuel Noyer də milliyə çağırılıb.
DÇ-2026 onun qatılacağı 5-ci (2010-CAR, 2014-Braziliya, 2018-Rusiya, 2022-Qətər) mundial olacaq.
Təcrübəli qolkiper 2024-cü ilin avqustunda milli komandada karyerasını bitirdiyi haqqında açıqlama vermişdi.
Dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək.
Qapıçılar: Manuel Noyer ("Bayern"), Aleksandr Nübel ("Ştutqart"), Oliver Baumann ("Hoffenhaym");
Müdafiəçilər: Valdemar Anton ("Borussiya", Dortmund), Niko Şlotterbek ("Borussiya", Dortmund), Yoşua Kimmix ("Bayern"), Conatan Ta ("Bayern"), David Raum ("Leypsiq"), Antonio Rüdiger ("Real", Madrid), Nataniel Braun ("Ayntraxt"), Malik Tiav ("Nyukasl");
Yarımmüdafiəçilər: Leon Qoretska ("Bayern"), Aleksandar Pavloviç ("Bayern"), Lennart Karl ("Bayern"), Ceymi Levelinq ("Ştutqart"), Ancelo Ştiller ("Ştutqart"), Florian Virts ("Liverpul"), Feliks Nmeça ("Borussiya", Dortmund), Nadiem Amiri ("Maynts"), Leroy Sane ("Qalatasaray"), Paskal Qross ("Brayton");
Hücumçular: Kay Haverts ("Arsenal"), Denis Undav ("Ştutqart"), Camal Musiala ("Bayern"), Maksimilian Bayer ("Borussiya", Dortmund), Nik Voltemade ("Nyukasl").
Mediasport.com.az


