Dünya çempionatında qol hesabını açmayan milli komandalar
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu axşam 2-ci turun sonuncu oyunları baş tutacaq.
11 iyunda start götürən dördilliyin zirvə yarışında cəmi 4 milli komanda hələ də rəqib qapılarına yol tapa bilməyib.
Həmin yığmalar Türkiyə, Haiti, Ekvador və Panama kollektivləridir.
Xatırladaq ki, ilk dəfə 3 ölkənin təşkilatçılığı ilə keçirilən mundialda 48 yığma mübarizə aparır.
Dünya Kuboku iyulun 19-dək davam edəcək.


