DÇ-2026-da növbəti 4 matçın ən yaxşı futbolçusu müəyyənləşdi
Dünya çempionatının 2-ci turunun A və B qruplarında keçirilən qarşılaşmaların ən yaxşı futbolçularının adları açıqlanıb.
"Mediasport" xəbər verir ki, Çexiya - Cənubi Afrika Respublikası matçında (1:1) bu ada Avropa təmsilçisinin üzvü Ladislav Kreyçiy layiq görülüb.
İsveçrə - Bosniya və Herseqovina duelində (4:1) 2 qol vuran Joan Manzanbi seçilib.
Kanada - Qətər görüşündə (6:0) het-trik müəllifi olan Conatan Devid oyunun ən yaxşısı adına sahib çıxıb.
Meksika - Cənubi Koreya (1:0) oyununda qələbəni gətirən qolun müəllifi Luis Romo mükafatlandırılıb.


