"Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?"

 "Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır?"

 "İki fərqli hissə izlədik. İlk yarıda yaxşı oynamadıq. İkinci hissədə bir qədər yaxşı idik. Təəssüflər olsun ki, qələbə qazana bilmədik".

"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 12-ci turunun "Araz-Naxçıvan"la səfər matçı haqda danışıb.

O, hakimliklə bağlı suala özünəməxsus cavba verib:

"Tək mənə yox, digər məşqçilərə də hakimliklə bağlı sual verirsiz. Əgər heç nə dəyişmirsə, bu sualları vermək nəyə lazımdır? Komandamızın ikinci pillədə olmasına gəlincə, turnir cədvəlinə fikir vermirik. Oyundan-oyuna köklənirik".

Xatırladaq ki, görüş 1:1 hesabı ilə yekunlaşıb.