"Qarabağ" "Turan Tovuz"la matçını "Azərsun Arena"da keçirəcək
Noyabrın 6-da Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Turan Tovuz" oyununun yeri dəyişdirilib.
"Mediasport" xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.
Oyun Suraxanıda yerləşən "Azərsun Arena"da təşkil olunacaq.
“Qarabağ” bununla əlaqədar Peşəkar Futbol Liqasına müraciət edib. Klub Tofiq Bəhramov adına Respublika stadionunun qazonunda renovasiya işlərinin aparılacağını bildirib.
Ağdam klubunun kubunun rəsmi müraciətini, “Azersun Arena”nın Misli Premyer Liqasının və Azərbaycan Kubokunun oyunlarını qəbul etməyə hazır olduğunu nəzərə alan Peşəkar Futbol Liqası “Qarabağ”ın “Turan Tovuz”la matçından etibarən ev oyunlarını “Azərsun Arena” stadionunda keçirməsi ilə bağlı qərar qəbul edib.

