Emin Əmrullayev "Nəsibə Aydın" klubunun prezidenti ilə görüşdü

Emin Əmrullayev "Nəsibə Aydın" klubunun prezidenti ilə görüşdü

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev federasiya rəsmiləri ilə birlikdə Türkiyənin tanınmış qadın basketbol komandalarından "Nəsibə Aydın" klubunun prezidenti Mirkan Aydın və klub nümayəndələri ilə rəsmi görüş keçirib.

"Mediasport" xəbər verir ki, görüşün əsas mövzusu iki ölkə arasında qadın basketbolunun inkişafı, ortaq layihələr və qarşılıqlı təcrübə mübadiləsi məsələləri olub.

Tərəflər gələcəkdə müxtəlif yaş qrupları üzrə qadın basketbolçular arasında birgə turnirlər və təlim proqramlarının həyata keçirilməsi perspektivlərini dəyərləndiriblər.

Emin Əmrullayev Türkiyə basketbolunun bölgədəki təcrübəsindən faydalanmağın müsbət tərəflərindən danışıb və "Nəsibə Aydın" klubunun qadın basketbolundakı uğurlarını yüksək qiymətləndirib.

Mirkan Aydın da Azərbaycan basketbolunda son illərdə müşahidə olunan inkişafı təqdir edərək, gələcək əməkdaşlıqlarda uğurlu nəticələrin qeydə alınacağına inandığını söyləyib.