Ən çox dünya çempion olan milli komandalar hansılardır? - SİYAHI

Ən çox dünya çempion olan milli komandalar hansılardır? - SİYAHI

11 iyundan etibarən futbolsevərlərin gözü Amerika qitəsində baş tutacaq dünya çempionatına yönələcək.

İlk dəfə 3 ölkənin təşkilatçılığı ilə keçiriləcək mundialda 48 milli komanda baş mükafat uğrunda mübarizə aparacaq.

Yarışın son qalibi əfsanəvi Lionel Messinin də formasını geyindiyi Argentinadır.

Kuboku ən çox başı üzərinə qaldıran isə braziliyalılar olub (5 dəfə).

"Mediasport" bütün dünya çempionatlarının qaliblərinin siyahsını hazırlayıb:


Braziliya (1958, 1962, 1970, 1994, 2002) - 5 dəfə

Almaniya (1954, 1974, 1990, 2014) - 4

İtaliya (1934, 1938, 2006) - 3

Argentina (1978, 1986, 2022) - 3

Uruqvay (1930, 1950) - 2

Fransa (1998, 2018) - 2

İngiltərə (1966) - 1

İspaniya (2010) - 1