Daha bir komanda yarımfinala çıxdı

Azərbaycan Basketbol Liqasında daha bir komanda yarımfinala vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, “Şəki” və “Gəncə” komandalarının üçüncü matçını meydan sahibləri qazanaraq ümumi hesabı 2:1 edib və adını növbəti raunda yazdırıb.
Şəki Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma 85:83 hesabı qeydə alınıb.
Şəki təmsilçisi yarımfinalda “Sabah”la üz-üzə gələcək.
Digər matçda isə saat 19:00-da "Abşeron" və "Naxçıvan" komandaları görüşəcəklər.
Xatırladaq ki, daha əvvəl "Sabah" və "Neftçi" yarımfinala çıxıb.