Yığmamız Madaqaskara qalib gəlib Niderlanda məğlub oldu

Yığmamız Madaqaskara qalib gəlib Niderlanda məğlub oldu

3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığması Polşanın paytaxtı Varşava şəhərində start götürən dünya çempionatına qələbə ilə başlayıb.

"Mediasport" xəbər verir ki, A qrupunda yer alan komandamız ilk turda Madaqaskar seçməsinə qalib gəlib - 21:13.

Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ikinci turda isə Niderland yığmasına məğlub olub - 13:19.

Basketbolçularımızın sabah qrupda növbəti rəqibləri Çexiya və Polşa komandaları olacaqlar.