Əsgər Abdullayev AFFA-ya qayıtdı

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev AFFA-nın Məşqçilər Komitəsinə qayıdıb.
"Mediasport" xəbər verir ki, mütəxəssis 2023-cü ilin yayında 1-ci Liqa klubu “İmişli”nin baş məşqçisi təyin ediləndən sonra komitədən ayrılmışdı.
2000-2005-ci illərdə yığma komandalarımızda çalışmış Abdullayev vaxtilə “Şəfa”, “Bakı”, “Olimpik Şüvəlan”, “Turan”, “Araz-Naxçıvan” və “Neftçi” klublarının da baş məşqçisi olub.