Fasilədən istifadə edən paytaxt klubu Qəbələdə hazırlıq keçəcək

 Fasilədən istifadə edən paytaxt klubu Qəbələdə hazırlıq keçəcək

Premyer Liqaya qayıdan "Şəfa" klubunun milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə üçün hazırlıq planı məlum olub.

"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi hazırlığın bir hissəsini Qəbələdə keçəcək.

Zaur Həşimovun baş məşqçisi olduğu kollektiv bir yoxlama matçı nəzərdə tutub.

Okyabrın 3-də Bakıda "İmişli" ilə hazırlıq oyunu təşkil ediləcək.