13 cüdoçumuz Berlində Avropa Kubokunda mübarizə aparacaq

 13 cüdoçumuz Berlində Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycanın gənc cüdoçuları Almaniyanın paytaxı Berlində keçiriləcək Avropa Kubokunda mübarizə aparacaqlar.

Azərbaycan Cüdo Federasiyasından "Mediasport"a verilən məlumata görə, iyunun 20-21-də baş tutacaq yarışda ölkəmiz 13 cüdoçu ilə təmsil olunacaq.

Oğlanlardan ibarət yığmanın məşqçisi Elxan Rəcəbli Məhəmməd Rüstəmli, Rəsul Əlizadə, Röyal Qayıbov, Anar Quliyev (hamısı 60 kq), Zeyd Ələsgərov, Sadiq İsgəndərli (hər ikisi 66 kq), Hüseyn Şahmarlı, Özqan Quliyev, Əli Hümbətov (hamısı 73 kq), Məhəmməd Ağakişiyev (81 kq), Tunar Fərzəliyev (100 kq), Sübhan Axundov və Cavidan Məsimova (hər ikisi +100 kq) şans verəcək.

Beynəlxalq turnirdə 38 ölkədən 485 idmançı yarışacaq.

Ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, B kateqoriyalı beynəlxalq dərəcəli referi Bəhriyyə Hüseynova da yer alacaq.