Premyer Liqada yarışan "Şəfa" 1-ci Liqanın bölgə klubuna uduzdu

 Premyer Liqada yarışan "Şəfa" 1-ci Liqanın bölgə klubuna uduzdu

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən yararlanan "Şəfa" və "Şahdağ Qusar" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

"Mediasport" xəbər verir ki, Premyer Liqa klubu ilə 1-ci Liqa təmsilçisinin duelini şimallılar qazanıblar - 2:1.

Qeyd edək ki, "Şəfa" Premyer Liqada 11 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

"Şahdağ Qusar" isə 1-ci Liqada 7 turdan sonra 18 xalla liderdir.