Ukrayna millisinin baş məşqçisi "Qarabağ"ın futbolçusunu təriflədi
"Kaşşuk üçün debüt matçı olduğunu nəzərə alsaq, çox yaxşı oynadı. Onun iki dəfə təşəbbüsü ələ alması nəticəsində iki qol epizodu yaratdıq”.
"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna milli komandasının baş məşqçisi Andrea Maldera deyib.
İtaliyalı mütəxəssis yığmaya yeni dəvət etdiyi “Qarabağ”ın futbolçusu Aleksey Kaşşukun debütünü dəyərləndirib.
O, vingerin Şimali İrlandiya yığması ilə səfər görüşündə sərgilədiyi performansdan razı qaldığını bildirib:
"Ona görə lateral mövqeyində oynatdım ki, klubunda da təxminən bu mövqedə çıxış edir. Yaxşı alındı".
Xatırladaq ki, ukraynalılar UEFA Millətlər Liqasının qrup mərhələsinin Şimali İrlandiya millisi ilə səfər görüşündə 0:1 hesabı ilə məğlub olublar, Kaşşuk 90 dəqiqə meydanda olub.

