London "Arsenal"ının ulduzu "Qarabağ"lını iki dəfə məyus etdi
"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina yığmasının heyətində növbəti oyununu keçirib.
"Mediasport" xəbər verir ki, qolkiper UEFA Millətlər Liqasının B Divizionunun İsveçlə 5-ci tur matçında meydana çıxıb.
Martinin 3 qol buraxdığı görüşdə komandası məğlub olub - 2:3. Qollardan ikisini London "Arsenal"ının ulduzu Viktor Yokeres vurub.
Bosniya və Herseqovina millisi 8 xalla qrupda 2-ci sırada qərarlaşıb.
Komanda noyabrın 17-də Rumıniya futbolçularını qəbul edəcək.

