"Neftçi"yə lazım olmadı - Bosniya klubu ilə müqavilə bağladı

 "Neftçi"yə lazım olmadı - Bosniya klubu ilə müqavilə bağladı

Yayda “Neftçi”nin yola saldığı Alessio Kurçi özünə komanda tapıb.

"Mediasport" xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını Bosniya və Herseqovinada davam etdirəcək.

Lüksemburq millisinin üzvü “Boraç”la 1,5 illik müqavilə bağlayıb.

O, "ağ-qaralar"ın heyətində 19 oyun keçirib 2 qolla yadda qalmışdı.