Olimpiya mükafatçımız Polşa turnirində qızıl medal qazandı

Sərbəst güləş üzrə Azərbaycanın əsas yığma komandasının üzvü Giorgi Meşvildişvili Polşada keçirilən turnirdə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, 125 kq çəki dərəcəsində yarışan milliləşdirilmiş gürcüstanlı turnirdə qızıl medal qazanıb.
Çempion olan Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Varşavada Azərbaycanın dövlət himnini səsləndirib.