Azərbaycan nümayəndə heyəti 57-ci Konqresdə təmsil olunub

 Azərbaycan nümayəndə heyəti 57-ci Konqresdə təmsil olunub

Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) ali qərarverici platforması olan Beynəlxalq Xizək Konqresinin 57-ci iclası keçirilib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, iki ildən bir təşkil olunan iclasda 80-ə yaxın ölkədən 300-dən çox nümayəndə iştirak edib.

Konqresdə ölkəmizi Azərbaycan Qış İdman Növləri Federasiyasını prezidenti Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konqres çərçivəsində keçirilən seçkidə Aleksandr Oşpelt Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) prezidenti vəzifəsinə seçilib.

Həmçinin FIS Şurasının 18 nəfərlik tərkibi formalaşdırılıb.