Türkiyə Kubokunda final oyununun keçiriləcəyi yer və tarix açıqlandı

Türkiyə Kubokunda final oyununun keçiriləcəyi yer və tarix açıqlandı

Futbol üzrə Türkiyə Kubokunda final oyununun keçiriləcəyi yer və tarix müəyyənləşib.

"Mediasport" xəbər verir ki, həlledici qarşılaşma Antalya stadionunda baş tutacaq.

Mayın 22-də reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Xatırladaq ki, final uğrunda "Beşiktaş" "Konyaspor"la, "Trabzonspor" isə "Gənclərbirliyi" ilə üz-üzə gələcək.