YEKUN: Güləşçilərimiz dünya çempionatını 7 medalla bitirdi

Yunanıstanın paytaxtı Afinada keçirilən güləş üzrə U-17 dünya çempionatı başa çatdırılıb.
Azərbaycan millisi mundialıda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Komandamız bununla ümumi sıralamada 7-ci yeri tutub.
Sərbəst güləşçilərimizdən Hüseyn İsmayılov (65 kq) dünya çempionu olub, Hakim Tağıyev (110 kq), Həsən Həsənov (60 kq) və Səid Paşayev (92 kq) bürünc medala sahib çıxıblar.
Yunan-roma güləşçilərimizdən isə Əli Nəzərov (60 kq) qızıl medal qazanıb, Hikmət Haqverdiyev (51 kq) gümüş, Abdurrahman Hüseynli (45 kq) 3-cü yerə çıxıb.
Xatırladaq ki, ölkəmizi dünya çempionatında 23 idmançı təmsil edib.
Yunan-Roma güləşçilərimiz: Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Hikmət Haqverdiyev (51 kq), Nihat Bəhmənov (55 kq), Əli Nəzərov (60 kq), Hüseyn İsgəndərov (65 kq), Yusif Əhmədli (71 kq), Nicat Yeylaqaliyev (80 kq), Səid Paşayev (92 kq), Rihad İbrahimli (110 kq);
Məşqçilər: Taleh İsrafilov, Rasim Ağayev, Elbrus Məmmədov, Nazim Əhmədov.
Qız güləşçilərimiz: Nəzrin Əhmədli (46 kq), Fatimə Bayramova (53 kq), Esra Məmmədli (57 kq);
Məşqçi: Həsrət Məmmədyarov.
Sərbəst güləşçilərimiz: Sadiq İsmayılov (45 kq), Rəvan Həsənzadə (48 kq), Ramal Mirhüseynov (51 kq), Ruslan Əlizadə (55 kq), Həsən Həsənov (60 kq), Hüseyn İsmayılov (65 kq), Rəşad Veysəlov (71 kq), Nihad Süleymanlı (80 kq), Səid Paşayev (92 kq), Hakim Tağıyev (110 kq);
Məşqçilər: Əsgərxan Novruzov, Vahid Məmmədov, Yaşar Əliyev.
Mediasport.com.az