Dünya çempionatında 2-ci gün: Daha 5 güləşçimiz yarışa başlayır

Dünya çempionatında 2-ci gün: Daha 5 güləşçimiz yarışa başlayır

Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, ikinci yarış günnüdə Azərbaycanın daha 5 yunan-Roma güləşçisi mübarizə aparacaq.

3 təmsilçimiz isə medal görüşlərinə çıxacaq.

İsfahan Həsənov (80 kq) qızıl, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) bürünc mükafat üçün yarışacaq.

Xatırladaq ki, Azərbaycan 52 ölkədən 675 güləşçininqatıldığı mundialda 29 güləşçi ilə təmsil olunur.

Turnir avqustun 2-də yekunlaşacaq.


Dünya çempionatı


45 kq

Əli Cavadlı – Oqnyan Burqazov (Bolqarıstan)

51 kq

Abdulrəhman Hüseynli – Kuanişbek Janqajol (Qazaxıstan)

60 kq

Elmir Çərkəzov – Nurali Askar (Qazaxıstan)

71 kq

Nadir Həsənov – Mahdi Azizboyev (Tacikistan)

92 kq

Zöhrab Səfərov – Hlib Yevsieyev (Ukrayna)