"Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq"

"Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq"

"Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev deyib.

Dövlət başçısı Albaniyada keçirilən Avropa çempionatında komanda hesabında çempion olan güləşçilər və onların məşqçiləri ilə görüşündə fikirlərini bölüşüb:

“Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulub.

İdmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir".

İlham Əliyev deyib ki, bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir.

O, yarışlarda Azərbaycan idmançılarına qarşı edilən haqsızlıqlardan da söz açıb:

“Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur.

Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”.