Qadın güləşçilərimiz AÇ-də mübarizəyə başlayır, Həsrətlə Qurban final görüşlərinə çıxacaq
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, üçüncü yarış günündə Azərbaycanın iki qadın təmsilçisi mübarizəyə qoşulacaq.
Elnurə Məmmədova (50 kq) təsnifat mərhələsində, Günay Qurbanova (59 kq) isə 1/4 finalda gücünü sınayacaq.
Həmçinin axşam seansında iki yunan-Roma güləşçimiz qızıl, biri bürünc medal görüşlərini keçirəcək.
Həsrət Cəfərov (67 kq) finalda Murat Fıratla (Türkiyə), Qurban Qurbanov (82 kq) Adlet Tyulyubaevlə (UWW) qarşılaşacaq, Nihat Məmmədli (60 kq) üçüncülük yarışında Suner Konunovla (UWW) üz-üzə gələcək.
Xatırladaq ki, aprelin 26-da başa çatacaq qitə birinciliyində yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
